Avstriyadan İrana tətbiq edilmiş sankisiyalardan biri aradan qalxır
Vyana-Tehran-Vyana aviareysi bərpa edilir. Bu barədə Avstriyanın "Austrian Airlines" hava yolları şirkətindən açıqlama verilib.
Belə ki, bu ilin martın 11-dən etibarən bu şirkət Tehrana və əks istiqamətdə uçuşlara yenidən başlayacaq. Şirkətdən Vyana-Tehran-Vyana aviareysinin həftədə 5 dəfə həyata keçiriləcəyi bildirilib.
Qeyd edək ki, Vyana-Tehran-Vyana aviareysi İrana qarşı tətbiq edilmiş sanksiylar səbəbindən bir ildir ki, həyata keçirilmirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB