Bolqarıstanda iki gündür hökm sürən soyuq və şaxtalı hava səbəbindən ölkənin 15 bölgəsində həyəcan siqnalı olan "sarı alarm" çalınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkənin şimalında Bolqarıstanla Rumıniya arasındakı sərhəddə olan Tuna Körpüsü qarlı hava səbəbindən müvəqqəti bağlanılıb.
Polislər bu istiqamətdə gedən yük avtomobillərinə alternativ yollardan istifadə etməyi tövsiyyə edib. Bununla yanaşı, ölkənin dağ keçidlərində avtomobillərin gedişində problemlər yaranıb.
Ölkənin meteoroloqları turistləri əlverişsiz hava şəraiti ilə bağlı dağlara çıxmamalarını xəbərdar edib. Mütəxəssislər belə hava şəraitinin hələ bir neçə gün davam edəcəyini bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB