Türkiyənin TRT kanalında canlı efir vaxtı ana xəbər büllütenini təqdim edən aparıcı Anda Özmənin işlətdiyi bir cümlə ona baha başa gəlib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aparıcı Türkiyənin əsas siyasi partiyalarından olan Milliyyətçi Xalq Partiyasının (MHP) ünvanına "Ana müxalifətdən yavru müxalifət"ə keçək sözünü işlədib.
Aparıcının bu ifadəsi MHP nümayəndələrinin sərt etirazına səbəb olub. Hadisənin törətdiyi ajiotajdan sonra TRT rəhbərliyi xanım aparıcı barədə müvafiq tədbirlərin görüləcəyini bəyan edib. TRT rəhbərliyi xəbər aparıcısının mətində yer almayan sözü canlı efirdə işlətdiyini bildirib.
Aparıcı öz Tvitter səhifəsində işlətdiyi ifadəyə görə MHP rəhbərliyindən üzr istəyib: "Heç bir pis niyyətim olmayıb. Təkrar- təkrar sizdən üzr istəyirəm. Yanlış işlətdiyim bir ifadədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB