"Ukrayna evi"nin müxalifətçilərin mətbuat mərkəzi kimi istifadə olunacağına qərar verilib. SİA İnterfax.ru-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə binanın komendantı Aleksey Yakuşevskiy bildirib.
"Belə düşünürəm ki, burada müxalifət liderlərinin mətbuat mərkəzi və digər müvafiq qruplar fəaliyyət göstərəcək" - deyə "Ukrayna evi"nin komendantı deyib. Artıq müxalifət liderləri binanın mühüm mərtəbələrində təhlükəsizliyin təmin olunması üçün könüllü mühafizəçilər yerləşdirib.
Xatırladaq ki, "Ukrayna evi"nin daxilində ehtiyat milis qrupu yerləşmişdi və bu səhər müxalifətçilər onların binanı tərk etməsinə nail olublar.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB