Ötən ilin 12 dekabr tarixində dayısı Çan Son Txekə edam qərarı çıxaran Şimali Koreyanın lideri Kim Çen Inın bu dəfə onun ailəsinin edam olunması barədə edam qərarı verib. SİA İnterfax.ru-ya istinadən xəbər verir ki, artıq onun dayısının bütün ailə üzvləri edam edilib.
Cənubi Koreyanın "Renxap" agentliyindəki mənbə isə bildirir ki, Çan Son Txekin böyük bacısı və Şimali Koreyanın Kubadakı səfiri vəzifəsini icra edən həyat yoldaşı, eləcə də bu ölkənin Mlayziyadakı səfiri vəzifəsini icra edən digər qohumu və oğlulları ötən günlərdə Pxenyana geri çağırılıblar. Bundan sonar isə Şimali Koreya lideri dayısının bütün qohumlarını edam etdirib.
Şok doğuracaq olay isə budur ki, Kim Çen In hətta edam olunmuş dayısının iki azyaşlı nəvəsini də edam etdirib. Xəbərdə qeyd olunur ki, ailə üzvləri edam qərarına etirazlarını bildirərkən, onların bir neçəsi evlərinin qabağında, qonşularının gözləri qarşısındaca güllələniblər.
Xatırladaq ki, Şimali Kporeya liderinin dayısı Çan Son Txek Vətənə xəyanətdə, korrupsiyada və pornoqrafiyaya meyllilikdə günahlandırılaraq edam olunub. Eyni zamanda məmurun tapşırıqlarını icra edən yeddi nəfər köməkçisi də dekabrın 12-də edam edilmişdi. Bəzi mənbələrin məlumatlarına görə, onlar vəhşi itlərin qarşısına yem olaraq atılıblar.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB