Həkimlər: "Şumaxerin vəziyyəti düzəlməyəcək"

Həkimlər: "Şumaxerin vəziyyəti düzəlməyəcək"

Əfsanəvi "Formula 1" pilotu Mixael Şumaxerin vəziyyəti ilə bağlı növbəti rəsmi açıqlama yayılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, həkimlər xizəklə sürüşərkən yıxılan və hazırda komada olan əfsanəvi pilotun vəziyyətinin son 3 həftə ərzində yaxşılaşmadığını və bundan sonra yaxşılaşma şansının az olduğunu deyiblər.

Açıqlamada qeyd olunur ki, bu saatdan sonra idmançının yaxşılaşma şansı az ehtimal olunur: "Nəzəri cəhətdən bu mümkündür, lakin bu vaxta qədər belə bir hala rast gəlinməyib.

Qeyd edək ki, ötən il dekabrın 29-da Fransanın Meribel kurort şəhərində xizəklə sürüşən M.Şumaxer yıxılaraq ağır kəllə beyin travması almışdı. Alman pilot 45 yaşını Qrenobldakı hospitalda komada "qeyd etmişdi".

Bütün xəbərlər Facebook səhifəmizdə