Kabildə baş verən partlayış nəticəsində ən azı üç nəfər həlak olub. SİA İtar-Tass agentiliynə istinadən xəbər verir ki, törədilən terror aktı nəticəsində daha on nəfər yaralanıb. Hüquq mühafizəçiləri insidentlə bağlı bildiriblər ki, terrorçu kamikadzenin əsas hədəfi Əfqanıstan ordusunun əsgərlərini daşıyan avtobus olub.
"Həlak olanların sayı daha da ara bilər"-deyə Kabil polisinin nümayəndəsi Həşmət Stanikzay istisna etməyib.
Qeyd edək ki, növbəti partlayış bu həftə ölkə ərazisində törədilən terror aktlarının davamı kimi qiymətləndirilir. Partiayışların törədilməsini "Taliban" qruplaşması öz boynuna götürüb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB