Misir “25 yanvar inqilabı”nın üçüncü ildönümünü qeyd edir

Misir “25 yanvar inqilabı”nın üçüncü ildönümünü qeyd edir

Bu gün Misir xalqı ölkənin taleyini tamamilə dəyişmiş "25 yanvar inqilabı"nın üçüncü ildönümünü qeyd edir. Ölkədə 30 il hakimiyyətdə olmuş Prezident Hüsni Mübarək 2011-ci ildə bu inqilabdan sonra öz vəzifəsini tərk edib.

2012-ci ildə Məhəmməd Mürsi Misirin yeni prezidenti seçildi. Onun namizədliyi indi fəaliyyəti qadağan edilmiş "Müsəlman qardaşları" assosiasiyasının siyasi cinahı tərəfindən irəli sürülmüşdü. Düz bir ildən sonra, 2012-ci il iyulun 3-də hərbçilər xalqın iradəsini həyata keçirərək Mürsini prezident vəzifəsindən kənarlaşdırdılar.

Bundan sonra hakimiyyət orqanları müvəqqəti hökumət yaratmağı və Ədli Mənsuru müvəqqəti prezident təyin etməyi qərara alıb. Ali hərbi şura ölkənin yeni konstitusiyasına dair ümumxalq referendumu keçirilməsini, sonra isə prezident və parlament seçkilərinin ardıcıllığının və keçirilmə müddətlərinin elan olunmasını əhatə edən "yol xəritəsi"ni işləyib hazırlayıb.

Bu gün misirlilər ölkənin müxtəlif küçə və meydanlarında, o cümlədən Qahirənin "Təhrir" meydanında inqilabın üçüncü ildönümünü bayram edirlər. Hakimiyyət orqanları insanların kütləvi toplaşdığı yerlərdə çox ciddi təhlükəsizlik tədbirləri görüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə