Misirdə müxalifətin təşkil etdiyi nümayişlərdə 237 nəfər nəzarətə götürülüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata əsasən, terror təşkilatı elan edilən Müsəlman Qardaşları Təşkilatının (İhvan) çağırışana cavab olaraq əhali meydanlara toplaşaraq nümayişlər keçirməyə başlayıb: "İhvan üzvləri müxtəlif şəhərlərdə təşkil etdikləri nümayişlərdə yolları kəsərək əhaliyə hücum edib. Hadisələr əsnasında təhlükəsizlik qüvvələri ikisi Liviyalı olmaqla 237 nəfəri həbs edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB