Müxalifət liderləri prezidentlə görüşür

Xüsusi təyinatlılar müxalifətin Qruşevski küçəsində yerləşən qərargahını ələ keçirməyə çalışır
Müxalifət liderləri prezidentlə görüşür

Ukraynada müxalifət liderlərinin prezident Viktor Yanukoviçlə görüşü keçirilir. SİA-nın "Ukrainskaya pravda"ya istinadən verdiyi xəbərə görə, bu barədə şəxsi "Twitter" hesabında "Batkivşina" parlament fraksiyasının rəhbəri Arseni Yatsenyuk yazıb.

Yatsenyukla yanaşı prezidentlə görüşə UDAR partiyasının rəhbəri Vitali Kliçko və milliyətçi "Azadlıq" partiyasının lideri Oleq Tyaqnibok yollanıb.

Xatırladaq ki, görüş Ukrayna prezidenti Viktor Yanukoviçin dəvəti ilə baş tutub.

Qeyd edək ki, görüşün keçirilməsinə baxmayaraq Ukrayna paytaxtı Kiyevin mərkəzinə ağır hərbi texnika gətirilib. Hazırda "Berkut" xüsusi təyinatlıları müxalifətin Qruşevski küçəsində yerləşən qərargahını ələ keçirməyə çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə