Kiyevdə baş verən hadisələr zamanı daha bir nəfər həlak olub VİDEO
Kiyevdə baş verən hadisələr zamanı daha bir nəfər həlak olub. SİA-nın "Ukrainskaya pravda"ya istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistələrə növbətçi həkim Nikolay Sivak məlumat verib. Onun sözlərinə görə, 20-25 yaşında həlak olan gəncin şəxsiyyəti hələ müəyyənləşməyib.
O, ürək nahiyəsindən aldığı güllə yarası nəticəsində həlak olub. Səhər saatlarında xəstəxanaya çatdıralan yaralı yolda keçinib. Hazırda meyit tibbi şöbəyə yerləşdirilib və şəxsiyyətinin müəyyənləşməsi üçün işlər aparılır.
Qeyd edək ki, bununla da Kiyevdə baş verən hadisələr zamanı ölənlərin sayı üçə çatıb. Ölüm hadisəsi bu gün üçün ikincidir. Bundan əvvəl, 20 yaşlı erməni Sergey Niqoyan başından və boynundan aldığı güllə yarası nəticəsində həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB