Lavrov Kerri ilə görüşüb

Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında görüş keçirilib. SİA-nın "RİA-Novosti"-yə istinadən verdiyi xəbərə görə, rəsmilər arasında görüş ötən gün İsveçrənin Montre şəhərində "Cenevrə-2" konfransına hazırlıq çərçivəsində baş tutub.

Görüşdə Suriyadakı münaqişənin həlli və ölkənin gələcəyi naminə milli dialoqun başlanılması məsələsi müzakirə olunub.

Eyni zamanda ikili arasında Fələstin-İsrail danışıqlarının perspektivləri, Yaxın Şərqdə vəziyyətin sabitləşməsi ilə bağlı məsələlər də müzakirə predmeti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə