"Cenevrə-2" konfransına hazırlıq çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında görüş keçirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, görüşdə Suriyadakı münaqişənin həlli və ölkənin gələcəyi naminə milli dialoqun başlanılması müzakirə olunub.
Ruriya və ABŞ xarici siyasət idarələrinin rəhbərləri həmçinin Fələstin-İsrail danışıqlarının perspektivləri, Yaxın Şərqdə vəziyyətin sabitləşməsi ilə bağlı məsələləri nəzərdən keçirib. Sergey Lavrov Montre şəhərində BMT baş katibi Pan Gi Munla da görüşüb.
BMT-nin baş katibi Pan Gi Mun həmçinin "Cenevrə-2" konfransından əvvəl Suriya milli koalisiysının başçısı Əhməd Carbay ilə görüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB