Kiyevdə vəziyyət yenə gərginləşdi

Kiyevdə vəziyyət yenə gərginləşdi

Bu gün səhərə yaxın Ukraynanın Kiyev şəhərində Qruşev küçəsində münaqişə yenidən gərginləşib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, gecə saatlarında insanlara tərəf atəş açılıb, qaz bombaları atılıb.

Daxili İşlər Nazirliyinin nümayəndələri münaqişəni dayandırmaq üçün atəş açanlara tərəf bir neçə güclü spot işıqlar yönləndiriblər.

Gərginliyin artmasına baxmayaraq, nazirliyinin nümayəndələri vəziyyətə nəzarət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə