Əsəd rejimi "Cenevrə- 2"yə 9 nəfərlik heyətlə qatılacaq

Əsəd rejimi "Cenevrə- 2"yə 9 nəfərlik heyətlə qatılacaq

Suriyanın Əsəd rejimi "Ceneverə-2" beynəlxalq konfransında adıçəkilən ölkənin xarici işlər naziri Vəlid Müəllimin də rəhbərlik etdiyi 9 nəfərdən ibarət nümayəndə heyəti ilə qatılacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, nümayəndə heyətinin tərkibində olan şəxslər müxalifət tərəfindən təzyiq qalmayan və təhlükəsizlik orqanlarında işləməyən insanlardan təşkil olunub.

Məlumatda o da bildirilir ki, Suriyanın xarici işlər naziri Vəlid Müəllim göyərtəsində Dəməşq nümayəndə heyətinin olduğu təyyarənin Afina hava limanında yubanması səbəbindən BMT-nin baş katibi Pan Gi Munla görüşü buraxmalı olub. Görüş "Ceneverə-2" beynəlxalq konfransı ərəfəsində İsveçrənin Montrö şəhərində yanvarın 21-nə təyin edilmişdi. Məlumata görə, təyyarənin əlavə yanacaq doldurma ilə bağlı problemi olduğuna görə, müvəqqəti olaraq Afina aeroportuna eniş edib. Təyyarə İsveçrəyə uçmamışdan öncə aeroportda 4 saat vaxt itirib. Yunanıstanın rəsmi şəxsləri gecikməyə görə Suriya nümayəndə heyətindən üzr istəyiblər.

Qeyd edək ki, bəzi KİV-lər Yunanıstanın Suriya nümayəndə heyətinin təyyarəsinin Afinada yanacaq doldurmasına icazə verməməsi barədə xəbərlər yaymışdılar. Yunanıstan XİN bu məlumatı rəsmən təkzib edib.

Bütün xəbərlər Facebook səhifəmizdə