ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışı olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Ev məlumat yayıb. Məlumata görə, söhbətin mövzusu Suriya məsələsi üzrə "Cenevrə-2" konfransı və İranın nüvə probleminin həlli ilə bağlı olub.
Telefon danışığında həmçinin Soçidə baş tutacaq Olimpiya oyunlarına hazırlıq məsələsi də müzakirə olunub. İki ölkənin liderləri rus-amerikan maraqlarının qorunmasına dair məsələləri, o cümlədən Olimpia oyunlarının təhlükəsiz keçirilməsi müzakirə ediblər. Xəbərdə deyilir ki, ABŞ bu məsələdə Rusiyaya tam dəstəyini təklif edib.
Tərəflər həm də gələcək Rusiya-ABŞ münasibətlərinin inkişafından da danışıb. Xüsusilə ticari-iqtisadi sahədə əməkdaşlığı inkişaf etdirmək haqqında fikir mübadiləsi ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB