İran "Cenevrə-2" konfransında iştirak etməyəcək Pan Gi Munun qərarı
BMT-nin baş katibi Pan Gi Mun "Cenevrə-2" konfransının İranın iştirakı olmadan keçirilməsinə dair qərar qəbul edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Suriya inqilabi qüvvələri və müxalifətinin Milli Koalisiyası isə konfransa qatılacağını bir daha açıqlayıb.
Qarşı tərəf isə beynəlxalq konfransda heç bir ön şərtsiz iştirak edəcəyini bəyan edib. Belə ki, İranın xarici işlər nazirliyinin sözçüsü Mərziyə Əfxəm bildirib ki, rəsmi Tehran Suriya konfransına qatılmaq üçün hər hansı bir ön şərti rədd edir: "İran Suriya böhranının siyasi yolla həll edilməsini dəstəkləyir və bu mövzuda ən öncül ölkələrdən biridir. Biz Cenevrə konfransının Suriya böhranının həlli istiqamətində təsirli addımlar atmaq üçün uyğun bir zəmin ola biləcəyini hesab edirik. İran Suriya böhranının həllində təsiredici rol oynamaq üçün Cenevrə konfransına dəvət edilib. İran Suriya konfransında iştirak etmək üçün heç bir ön şərti qəbul etməyəcək".
Qeyd edək ki, BMT baş katibi Pan Gi Mun İranı Suriya böhranının həlli məqsədilə yanvarın 22-də İsveçrədə keçirilməsi planlaşdırılan beynəlxalq konfransa rəsmi şəkildə dəvət edib. Ancaq ABŞ Dövlət Departamenti İran Suriya böhranının həlli məqsədilə Cenevrədə keçirilmiş ilk beynəlxalq konfransın bəyannaməsini qəbul etməsini əsas şərt kimi irəli sürür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB