Avropa İttifaqı (Aİ) İrana qarşı tətbiq olan bir sıra sanksiyaları dayandırır. Bu bəyanatla bu gün Brüsseldə Aİ-nin 28 ölkəsinin xarici işlər nazirləri çıxış ediblər.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eşton jurnalistlərə deyib: "Bu sanksiyaların dayandırılması bu gün qüvvəyə minəcək".
Bundan əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyi K.Eştona məlumat vermişdi ki, İran uranın 20 faizədək zənginləşdirilməsi proqramını dayandırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB