Suriya-Türkiyə sərhədində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 16-ya çatıb

Suriya-Türkiyə sərhədində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 16-ya çatıb

Suriya-Türkiyə sərhədində iki güclü partlayış törədilib. SİA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, partlayışlar nəticəsində ölənlərin sayı 16-ya çatıb, 50 nəfər yaralanıb.

İlkin məlumatlara görə, "Əl-Qaidə" təşkilatı terror aktının məsuliyyətini öz üzərinə götürüb.

Hadisə Babel Hava sərhəd-keçid məntəqəsində, Türkiyənin Cilvegözlü sərhəd-keçid məntəqəsinin qarşısında baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə