Gürcüstan prezidenti Türkiyəyə gedib

Gürcüstan prezidenti Türkiyəyə gedib

Gürcüstan prezidenti Qeorqi Marqvelaşvili Türkiyəyə rəsmi səfərə gedib. Bu barədə SİA xarici mətbuata istinadən verdiyi xəbər verir.

Q.Marqvelaşvili Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan və Türkiyə Parlamentinin spikeri Cəmil Çiçek tərəfindən qarşılanacaq.

Gürcüstan prezidentinin səfər çərçivəsində Türkiyə prezidenti Abdulla Gül ilə görüşü nəzərdə tutulub.

Görüşdən sonra Gürcüstan və Türkiyə prezidentləri Ankarada birgə mətbuat konfransı keçirəcəklər.

Gürcüstan prezidenti səfərinin sonunda Türkiyənin şərqindəki qədim erməni regionu olan Tayk vilayətinə baş çəkəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə