Suriyalı müxaliflər Cenevrә-2 konfransına qatılacaq

Suriyalı müxaliflər Cenevrә-2 konfransına qatılacaq

Suriya Milli Şurası, Cenevrə-2 konfransına qatılacağını açıqlayıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbulda bir araya gələn Suriyalı müxaliflərin nümayəndələri 2 qrupa ayrılaraq Cenevrə-2 konfransına iştirak mövzusunu tәhlil edib.

Suriya Milli Şurasının rәhbәri Əhməd Əl-Carbanın başçılığı ilə Silivridə toplanan qrup danışıqlar ilә bağlı verdiyi açıqlamada müxaliflərin Cenevrә-2 konfransına qatılacaqlarına dair qәrar qәbul edildiyini açıqlayıb.

Qeyd edək ki, Cenevrə-2 konfransı yanvarın 22-də keçirilәcәk.

Bütün xəbərlər Facebook səhifəmizdə