Əsas platin istehsalçıları tətilə hazırlaşırlar

Əsas platin istehsalçıları tətilə hazırlaşırlar

Dünyanın ən iri platin istehsalçıları – "Anglo American Platinum", "Lonmin" və "İmpala Platinum" şirkətləri Cənubi Afrikadakı mədənlərində yenidən tətillərə hazırlaşırlar. Fəhlələrin tələbləri əvvəlki kimi qalır: minimum əmək haqqının artırılması.

2013-cü ilin IV rübündə şaxtaçıların və inşaatçıların həmkarlar ittifaqları assosiasiyası (AMCU) mədənçıxarma sahəsində ilkin əmək haqqı səviyyəsinin ayda 12,5 min Cənubi Afrika randınadək (1,1 dollar) artırılması tələbini irəli sürmüşdü.

Şirkətlər bu tələblərə məhəl qoymayıblar. Nəticədə AMCU elan edib ki, yanvarın 19-da dünyada ən iri platin istehsalçısı olan "Anglo American Platinum" şirkətinin mədənlərində tətilə başlamaq haqqında qərar qəbul ediləcək.

"Lonmin" şirkətinin obyektlərində tətil yanvarın 23-də başlanacaq.

"İmpala Platinum" şirkətinin platin şaxtalarında tətilin başlanma günü hələlik müəyyən edilməyib.

Cənubi Afrika Respublikası platin hasilatında liderdir: 2012-ci ildə bu qiymətli metalın qlobal istehsalının 73 faizi CAR-ın payına düşüb. CAR-ın mədənçıxarma sahəsinin Ticarət-sənaye palatasının məlumatına görə, bütövlükdə bu sektorda 198 min adam işləyirdi.

Son illər əmək haqqı səviyyəsinin aşağı olması səbəbindən artan narazılıq fonunda CAR-ın qızıl və platin şaxtalarında tətillər daha intensiv surətdə təkrarlanmağa başlayıb.

2012-ci ilin avqustunda "Lonmin" şirkətinə məxsus Marikana platin şaxtasında altı həftəlik tətil polislə toqquşmaya və 34 mədənçinin ölümünə səbəb olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə