ABŞ öz təhlükəsizliyi ilə vətəndaş hüquqlarının müdafiəsi arasında tarazlıq yaratmalıdır. Bu sözləri Amerikanın xüsusi xidmət orqanlarının işi haqqında Birləşmiş Ştatların Prezidenti Barak Obamanın söylədiyi nitqdən sonra AFR-in xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.
Obama Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenin açdığı Amerika xüsusi xidmət orqanlarının apardığı işin təfərrüatları barədə proqram nitqi ilə çıxış edib və bu işin bir sıra prinsiplərinin yenidən nəzərdən keçirilməsi haqqında sərəncam verib.
Ştaynmayer deyib: "Ümidvaram ki, ABŞ təhlükəsizliyə olan tələbatla vətəndaş hüquqlarının müdafiəsi arasında düzgün tarazlıq yaratmaq üçün qüvvə sərf edəcəkdir".
Onun dedikləri Almaniya xarici siyasət idarəsinin saytında yerləşdirilib.
AFR-in Xarici İşlər Nazirliyi ABŞ-ın dost xarici dövlətlərin liderlərini təqib etməkdən əl çəkmək və abonentin yerini, ünsiyyət dairəsini müəyyənləşdirməyə imkan verən mobil rabitə metaməlumatlarının toplanması proqramlarını məhdudlaşdırmaq qərarını alqışlayıb.
AFR XİN-in saytında deyilir: "Biz bu qərarı həm də ona görə alqışlayırıq ki, o, ABŞ-da artıq çoxdan başlanmış diskussiyanın daha açıq olmasına zəmin yaradacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB