ABŞ-ın keçmiş prezidentinin anası Barbara Buş digər oğlu Ceb Buşun növbəti prezident seçkilərinə qatılmayacağına ümid etdiyini bildirib. SİA-nın məlumatına görə, Barbara Buş "C-Span" telekanalına müsahibəsində deyib ki, onun ölkəsi böyükdür və əgər ailələrdən iki, ya da üç prezident seçilərsə dünya ictimaiyyəti buna barmaqarası baxar. "Hətta sual edərlər ki, ABŞ-da prezident seçilməyə adam tapılmır", - deyə 88 yaşlı Barbara Buş bildirib.
"Bu ölkədə Kennedilər, Klintonlar, Buşlar və başqa ailələr var, məgər bu kifayət edməzmi?" sualını edən xanım Buş onu da qeyd edib ki, 60 yaşlı oğlu Ceb vaxtililə Florida ştatının qubernatoru olub və bu ona kifayət edər: "Əslində, onun qubernatorluğu gələcəkdə prezident seçkilərində iştirakına şərait yaradır, ancaq mən bunu istəməzdim. Hətta düşünürəm ki, bu iddia olarsa, ona qarşı mənim və onun qardaşının düşmənləri ayağa qalxarlar".
Xatırladaq ki, Barbara Buşun həyat yoldaşı Corc Buş ABŞ-ın 41-ci, oğlu Corc Buş isə 43-cü prezidentləri olublar. Kiçik oğlu Ceb Buşun isə növbəti prezident seçkilərində namizədliyinin irəli sürüləcəyi bildirilir.
Rövşən Nurədinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB