Çinin Makao şəhərində bir sıra kazinoya sahib olan Galaxy Entertainment Group kampaniyasının təsisçisi Lui Çe Vu Asiyanın ən varlı adamı seçilib. Bu barədə SİA xarici mətbuata istinadən xəbər verir.
Bloomberg Billionaires İndexin məlumatına görə, ötən il Çin biznesmeninin gəliri 3.5 milyard dollar həcmində artaraq 29.6 milyard dollara çatıb.
İş adamı gəlirləri ilə rəqibi Honq-Konq biznesmeni Li-Ka-Şinanı geridə qoyub. Lui-Çe-Vunun ötən ilki gəliri rəqibinin gəlirindən 100 milyon dollar artıq olub.
Qeyd edək ki, Honk-Konqlu biznesmen 2012-ci ildə Asiyanın ən varlı adamı kimi reytinqdə birinci yerdə qərarlaşmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB