Yaponiyada avtobus elektrik satansiyası yaradılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yeni model avtobus istahsalçısı Hino Motors və elektrik məhsulları istehsal edən Hitachi LTD ilə birgə hazırlanıb. Belə ki, yeni avtobus fəlakət nəticəsində əhaliyə elektrik stansiyası rolu oynayaraq onları elektrik enerjisi ilə təmin edə bilir.
Bildirilir ki, avtobus iqtisadi və ekoloji cəhətdən təhlükəsiz olan yığcam hibridli mühərrikə malikdir. Xüsusi rejimdə bütün enerji istehlakçıya ötürülür.
Yeni modeli hazırlayanların verdiyi qiymətə görə, avtobus-elektrik stansiyası zəlzələ, sunami və digər fəlakət zamanı 10 saat müddətində məktəb və yaşayış binalarını elektirk enerjisi ilə tam təmin etmək gücünə malikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB