Misirdə yeni konstitusiya 95 faiz səs toplayıb

Misirdə yeni konstitusiya 95 faiz səs toplayıb

Misirdə yeni konstitusiyanın qəbulu ilə bağlı keçirilən 2 günlük referendum seçkiləri başa çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yeni konstitutsiyaya 95 faiz səs verilib. Ölkədə vəziyyətin gərgin olmasına baxmayaraq, əhalinin 55 faizi seçkilərdə iştirak edib.

Seçkilərin yekunu ilə bağlı rəsmi məlumat səsvermədən 72 saat sonra məlum olacaq.

Xatırladaq ki, iki gün müddətində "Müsəlman qardaşları" hərəkatı səsvermənin qarşısını almaq üçün xoşagəlməz hadisələr törətməyə çalışıblar və nəticədə onlarla insan zərər çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə