Birləşmiş Millətlər Təşkilatı erməni səfalətlərini fotofaktlarla təqdim edib.
BMT-nin İnkişaf Proqramı çərçivəsində Ermənistanda insan haqlarının tapdanması ilə bağlı araşdırılmalar aparılıb. Əldə edilən faktlar fotolarla təqdim olunub. Fotoların əksəriyyətinin müəllifləri ermənilər özləridir. Bu fotoşəkillərdə işğalçı ölkədə hökm sürən acınacaqlı vəziyyəti açıq-aydın görmək mümkündür: küçələrdə dilənən və yoxsulluğun son həddində yaşamağa məhkum olan insanlar.
Son zamanlar Ermənistanda hökumət əleyhinə etiraz aksiyalarının artması da BMT-nin diqqət mərkəzindədir. İnsanlar hökumətdən ədalətsizliyə, zorakılığa, müharibəyə son qoymasını tələb edir.
Ermənistanda normal yaşayış müşkül məsələyə çevrilib. Uşaqlar təhsil almaq əvəzinə, küçələrdə dilənir və ya müxtəlif yollarla pul qazanmağa çalışırlar. Evsizlik isə bu ölkədə bir nömrəli problem olaraq qalmaqdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB