Kerri Vatikana 30-cu səfərini edib

Kerri Vatikana 30-cu səfərini edib

ABŞ-ın dövlət katibi Con Kerri Vatikana səfəri çərçivəsində bu ölkədən olan həmkarı Pietro Parolin ilə üb

Görüşdə Suriyada hökumət qüvvələri ilə müxalifət arasında baş verən münaqişə, Afrika qitəsindəki hazırkı vəziyyət, xüsusilə də dramatik həddə çatan Sudan problemi və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Tərəflər Suriya münaqişəsindən əziyyət çəkən sakinlərə təcili humanitar yardımların göstərilməsinin vacibliyini vurğulayıblar. Rəsmi Vatikanın bu məsələ ilə bağlı narahatçılığı diqqətə çatdırılıb.

Yaxın Şərqdəki hazırkı vəziyyətə, İsrail-Fələstin münaqişəsinə toxunulan görüşdə tərəflərin danışıqlar prosesində müsbət nəticə əldə edəcəklərinə əminlik ifadə olunub.

Görüşdə, həmçinin dünyada yoxsulluq probleminin aradan qaldırılması istiqamətində də fikir mübadiləsi aparılıb.

Con Kerri son 30 ildə Vatikana səfər edən ABŞ-ın ilk katolik dövlət katibidir.

Bütün xəbərlər Facebook səhifəmizdə