Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Xarici İşlər Nazirliyində keçirilən VI Səfirlər konfransındakı çıxışında diplomatları qondarma "erməni soyqırımı" iddiaları ilə mübarizədə daha fəal olmağa çağırıb.
Baş nazir deyib ki, 1915-ci il hadisələrinin obyektiv, elmi və real şəkildə dünyaya anlada bilinməsi üçün hamımız hazırlıqlı və bilikli olmalıyıq. Erməni diasporu bu hadisələri fərqli və birtərəfli şəkildə izah etmək, tarixi həqiqətlərdən qoparıb siyasi bir kampaniyaya çevirmək üçün hazırlıqlar görür. Biz bunun qarşısında tarixi və elmi faktları üzə çıxararaq, bu siyasi kampaniya və qara təbliğata layiqli cavab verəcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB