Sinqapur hakimiyyəti heyvanlarla qəddar davrananlara qarşı cəzanın sərtləşdirmək qərarına gəlib. SİA xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu cür təkliflə ölkənin ədalət və xarici işlər naziri çıxış edib.
Məmurun sözlərinə görə, son illər Sinqapur əhalisi heyvanlarla pis davranmağa başlayıblar. Əldə etdiyi faktlara görə, son 5 ildə ölkə əhalisinin 65 faizinin heyvanlara olan münasibəti kəskin şəkildə dəyişib.
Əgər 2007-ci ildə 300 belə hallara rast gəlinirdisə, 2012-ci ildə bu rəqəm 480-ə çatıb. Nazir həmçinin bildirib ki, heyvanlarla münasibətə görə, cərimə 39 min 530 dollar təşkil edəcək.
Qanun layihəsi yaxın zamanda müzakirəyə çıxarılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB