Cənubi Koreyanın Ticarət, İstehsal və Resurslar nazirliyinin məlumatına görə, 2013-cü ildə xarici ölkələrə 3,86 milyon avtomobil satılıb ki bu da ötən illə müqayisədə 2,7 faiz azdır.
Cənubi Koreyada avtomobil ixracı son dörd ildə ilk dəfə azalıb.
Bununla belə, avtomobil ixracından ötən ilə nisbətən daha çox - 48,7 milyard dollar gəlir götürülüb ki, bu da bahalı avtomobillərin satışının artması ilə izah olunur.
Çinə avtomobil ixracı 13,2 faiz, ABŞ-a ixrac 7,9 faiz artdığı halda, Avropa satış sektorunda nəzərə çarpacaq dərəcədə -22,2 faiz azalma baş verib.
Cənubi Koreyanın daxili bazarında xarici avtomobil istehsalçılarının mövqeyinə gəldikdə isə, bunun sabit qaldığı bildirilir. Ölkədə xarici avtomobillərin orta aylıq satışı 10 min ədədi ötüb. Nazirlikdən onu da bildirirlər ki 2013-cü ildə xaricdən gətirilən avtomobillərin satışı rekord həddə -156 min ədədə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB