Sabiq baş nazir qubernatorluq uğrunda mübarizə aparacaq

Sabiq baş nazir qubernatorluq uğrunda mübarizə aparacaq

Yaponiyanın sabiq Baş naziri Morihiro Hosokava və sabiq səhiyyə, əmək və sosial təminat naziri Yoiti Masucoe gələn ay keçiriləcək Tokio qubernatoru seçkilərində öz namizədliklərini irəli sürüblər.

Yanvarın 14-də sabiq Baş nazir Cuniçiro Koizumi ilə görüşən Morihiro Hosokava sonra jurnalistlərin qarşısında çıxış edib. Bildirib ki, Yaponiyanın qarşılaşdığı problemlər onu böhrana aparır və bu, xüsusən özünü atom energetikası sahəsində göstərir. Sabiq Baş nazir Cuniçiro Koizuminin Morihiro Hosokavanın namizədliyini dəstəkləməsi isə ona əlavə inam verib.

Cuniçiro Koizumi isə öz növbəsində bildirib ki, onların hər ikisi Yaponiyanın atom energetikası olmadan da inkişafına inandığına görə, o, Morihiro Hosokavanı dəstəkləməyi qərara alıb. Hazırki qubernator seçkiləri milli siyasətə güclü təsir göstərəcək və Morihiro Hosokava qubernator seçiləcəyi təqdirdə ölkədaxili siyasətin müəyyən olunmasında böyük rol oynaya bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə