Qanunsuz kazinoda partlayış olub

Qanunsuz kazinoda partlayış olub

Çinin Guizhou əyalətində qanunsuz kazinoda partlayış olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 14 nəfər həlak olub, 8 nəfər yaralanıb.

Bildirilir ki, müəssisə Kayli şəhəri Loaşan kəndi yaxınlığında adi çadırda fəaliyyət göstərirmiş. Kazino yerli sakinlər üçün nəzərdə tutulubmuş.

Hadisəni araşdırmaq üçün Daxili İşlər Nazirliyinin təkibində 7 işçi qrup yaradılıb. Artıq 8 şübhəli şəxs saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə