Fransada taksi sürücülərinin ölkə tarixində ən böyük tətillərindən biri keçirilir
Fransanın bir sıra şəhərlərində, məsələn Parisdə, Marseldə, Lionda, Bordoda taksi sürücülərinin ölkə tarixində ən böyük tətillərindən biri keçirilir. Aksiya sahənin beş əsas həmkarlar ittifaqının çağırışı ilə təşkil olunub.
Taksi sürücüləri hər şeydən əvvəl nəqliyyat xidmətləri üçün ƏDV-nin 7 faizdən 10 faizədək artırılmasına, habelə onların fikrincə, ədalətsiz olan rəqabət şəraitinə etiraz edirlər. Söhbət bir neçə il bundan əvvəl ölkədə peyda olmuş "turistlər üçün maşınlardan" (VTC) gedir. Onlar taksi sürücüləri ilə eyni funksiyaları yerinə yetirsələr də, qüvvədə olan qanunlara görə, həmin maşınların sahibləri lisenziyaya görə dövlətə daha az pul ödəyirlər. "Turistlər üçün maşınlar" yalnız qabaqcadan sifariş vermiş müştəriləri daşımalıdırlar, lakin onların sürücüləri daim bu qaydanı pozurlar.
Taksi sürücülərinin həmkarlar ittifaqlarının məlumatına görə, rəqiblər onları aeroport kimi sərfəli məntəqələrdə müştərilərin 20-30 faizindən məhrum edirlər.
Bazar ertəsi yüzlərlə taksi maşını karvanı Parisin Ruassi-Şarl de Qol və Orli aeroportlarından gələn avtomobil yolları ilə yavaş-yavaş hərəkət edərək paytaxtın bu mühüm yollarında hərəkəti, demək olar ki, dayandırıblar.
Günorta Parisin mərkəzində Əlillər kilsəsinin qarşısındakı meydanda 2 mindən çox taksi maşını toplaşıb ki, bu da bütün şəhərdə hərəkətin ciddi surətdə pozulmasına səbəb olmuşdur. Fransanın digər şəhərlərində də belə nümayişlər keçiriləcək.
Hökumət "turistlər üçün maşınların" fəaliyyətini məhdudlaşdırmaq məqsədilə artıq bir sıra tədbirlər görmüşdür, lakin taksi sürücüləri bu tədbirləri yetərli hesab etmir və sanksiyaların gücləndirilməsini tələb edirlər. Nümayişçilərin nümayəndələri Fransanın baş naziri Jan-Mark Eyro və ölkənin daxili işlər naziri Manuel Vals tərəfindən qəbul olunacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB