“Kommersant Ukraina” qəzeti satışa çıxarılıb

“Kommersant Ukraina” qəzeti satışa çıxarılıb

"Kommersant" nəşriyyat evi "Kommersant Ukraina" qəzetini qismən və ya tamamilə satacaqdır. Nəşriyyat evinin baş direktoru Pavel Filenkov bu barədə "Telekritika" internet televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, "Kommersant Ukraina" qəzeti ziyanla işləyir, lakin layihə siyasi xarakter daşıdığı üçün onu bağlamayacaqlar, buna görə də maliyyələşdirilmənin başqa üsulunu axtarmağa hazırlaşırlar.

Pavel Filenkov daha sonra bildirmişdir ki, nəşriyyat evi hazırda bu nəşrin saytına fəal sərmayə qoyur. Yaxın vaxtlarda saytın həm xalis informasiya tərkibini, həm də biletlər və mallar alışı xidmətlərini fəallaşdırmaq nəzərdə tutulur.

O demişdir ki, "Kommersant Ukraina" qəzeti 2005-ci ildə siyasi mülahizələrə əsasən nəşrin o vaxtkı mülkiyyətçisi Boris Abramoviç Berezovskinin birbaşa göstərişi ilə buraxılmağa başlanıb. Qəzetin "Weekend" adlı həftəlik əlavəsi də Ukraynada ən uğurlu layihələrdən biri idi. Həmin əlavə vəsait cəlb edilməsi planlarını 1,5-2 dəfə artıqlaması ilə yerinə yetirirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə