Çexiya hökuməti 7,8 milyard avro məbləğində istiqraz emissiyasını planlaşdırır
Bu həftə Çexiya parlamentinin deputatları ölkə hakimiyyətinin 210 milyard kron (7,8 milyard avro) məbləğində dövlət istiqrazının buraxılması ilə bağlı təklifini müzakirə edəcəklər. Çexiyanın 2013-cü ilin iyun ayınadək 1681,1 milyard çex kronu (62,3 milyard avro) təşkil edən dövlət borcu da bu məbləğ qədər artacaq.
Qiymətli kağızlar müddəti 2014-cü ildə başa çatan dövlət borc öhdəliklərinin ödənilməsi məqsədilə vəsaitin əldə olunması üçün nəzərdə tutulub. Qanuna əsasən, dövlət 100 ilədək qüvvədə olan istiqrazlar buraxa bilər. Bu il 148 milyard kron (5,5 milyard avro) məbləğində istiqrazın fəaliyyət müddəti başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB