İraqın paytaxtı Bağdaddan 163 km Şimal-Şərqində Tuz Xurmatı şəhərində yerləşən stadion yaxınlığında terroristlər tərəfindən eyni vaxtda bir neçə maşın partladılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Əl-Ərəbiyə kanalında yayımlanıb. Bildirilib ki, şəhərin əksər əhalisini türkmənlər təşkil edir.
Belə ki, Bağdadın mərkəzində avtomobil partlaması nəticəsində İraq ordusunun 8 əsgəri həlak olub.
Digər analoji hadisə paytaxtın şimalı Əl Kazimiyə şəhərində həyata keçirilib. Burada 5 iraqlı həlak olub, 15 nəfər isə yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB