Kyodo News informasiya agentliyinin verdiyi məlumata əsasən, ABŞ silahlı qüvvələri ötən əsrin 60-cı illərinin əvvəllərində Yaponiyanın Okinava prefekturasının ərazisində bioloji silahların 12 sınağını keçirib.
Düyüdə pirikulyarioz xəstəliyinin yaradıcısı olan göbələk sporunun səpilməsi sınaqları 1961-1962-ci illərdə Naqo və Şuri şəhərlərində aparılıb.
Okinava prefekturası 1945-1972-ci illər arasında ABŞ hökumətinin nəzarəti altında olub. Hazırda adada ABŞ silahlı qüvvələrinin Futemma bazası başda olmaqla bir neçə hərbi bazası yerləşir.
Yerli əhali ABŞ hərbçilərinin adanı tərk etməsini tələb edirlər. Okinava prefekturasının meri Hirokacu Nakaimanın Futemma hərbi bazasının prefekturadan çıxarılması barədə planı bəyəndiyi də bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB