Liviyada nazir müavini qətlə yetirilib

Liviyada nazir müavini qətlə yetirilib

Liviyanın sənaye nazirinin müavini Həsən Əl Drui ötən axşam Sirt şəhərində naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hücum axşam namazından sonra şəhərin mərkəzi bazarı yaxınlığında baş verib.

Aldığı yaradan yerindəcə keçinən nazir müavinini qətlə yetirən silahlı şəxslər hadisə yerindən qaçmağa müvəffəq olublar.

Həsən Əl Druinin meyiti morqa aparılıb. Onun nə vaxt dəfn olunacağı açıqlanmır.

Qətl hadisəsini isə heç bir qruplaşma üstlənməyib.

Qeyd edək ki, Liviyada Müəmmər Qəddafi rejimi devrildikdən sonra bu keçid hökumət üzvlərinə qarşı törədilmiş ilk qətl hadisəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə