Rəsmi Bişkek: "Bu, Tacikistanın Qırğızıstana qarşı planlı əməliyyatıdır"

Rəsmi Bişkek: "Bu, Tacikistanın Qırğızıstana qarşı planlı əməliyyatıdır"

Qırğızıstan rəsmiləri Tacikistanla sərhəddə yaşanan silahlı insidenti qarşı tərəfin bu ölkəyə qarşı hərbi planlı əməliyyat olduğunu iddia edirlər. SİA Rusiyanın İnterfax.ru agentliyinə istinadən xəbər verir ki, yaralananların da olduğu silahlı münaqişədən sonra hər iki ölkənin sərhədlərində gücləndirilmiş iş rejiminə keçilib.

Bu arada Qırğızıstanın təhlükəsizlik və asayişin qorunması nazirinin müaviniTokon Mamıtov rəsmən bəyan edib ki, bu ərəfədə baş verən hadisəni Tacikistan tərəfinin öncədən hazırlanmış planlı hərbi əməliyyatı hesab etmək olar: "Hansı ki, bu əməliyyatda artilleriya, qumbaraatan və minaatanlardan istifadə edilib."

Nazir müavini jurnalistlərə açıqlamasında onu da qeyd edib ki, sübut üçün Qırğızıstan ərazisində minaların partlaması nəticəsində əmələ gəlmiş dərin oyuqları, qumbaraatantan atılmış və partlamamış qumbaranı, eləcə də tacik xüsusi xidmətçilərinin işlətdikləri digər silahları təqdim edə bilər.

Tokon Mamıtov atışma nəticəsində bir neçə binanın, elektrik stansiyasının və Batkentdə yerləşən Tort-Kulsk su anbarının zərər çəkdiyini bəyan edib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə