Tacikistan və Qırğızıstan bir-birini ittiham edir

Tacikistan və Qırğızıstan bir-birini ittiham edir

Ötən şənbə Tacikistan və Qırğızıstan sərhədçiləri arasında yaşanan silahlı insidentdən sonra hər iki ölkənin müvafiq strukturları danışıqlara başlayıb.

SİA "İnterfax.ru"ya istinadən xəbər verir ki, İsfarin-Batkənd istiqamətində yerləşən sərhəd zolağındakı silahlı qarşıdurma səngiyəndən sonra Tacikistan və Qırğızıstan strukturları bir-birini ittiham etməyə başlayıb. Tacikistanın sərhəd baş idarəsinin və milli təhlükəsizlik dövlət komitəsinin mətbuat xidməti bildirir ki, silahlı qarşıdurmada iki tacik sərhədçisi yaralanıb. Bişkekdə isə beş qırğız hərbçisinin yaralandığl bildirilir. Hələlik hansı tərəfin ilk atəş açması məlum deyil.

Hazırda vəziyyət stabilləşib və sərhəd məntəqələrinə yaxın ərazilərdə yaşayan əhalinin öz evlərinə dönməsi istiqamətində işlər aparılır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə