Tacikistan-Qırğızıstan sərhədçiləri arasında silahlı insident yaşanıb
Qırğızısatnın cənubundakı Batkent rayonunun Ak-Say kəndi yaxınlığında – Tacikistanla sərhəddə qırğız və tacik sərhədçiləri arasında atışma baş verib. SİA İnterfax.ru-ya istinadən xəbər verir ki, silahlı insident nəticəsində yaralananlar olsa da ölüm faktı qeydə alınmayıb. Belə ki, beş nəfər yaralı Batkənd rayon xəstəxanasında müalicələrini davam etdirirlər. Qırğızıstanın Batkent rayon hüquq mühafizə orqanları xəbər verir ki, sərhəd ciddi nəzarətə götürülüb. "Ötən gecə sakit keçsə də, vəziyyət qeyri-stabil olaraq qalmaqdadır"-deyə məlumatda qeyd olunub.
Ak-Say kəndinin sakini Iırısbek Elçiyev isə agentliyə açıqlamasında bildirib ki, sərhəddə yaxın olan ərzailərdə yaşayan insanlar həyati təhlükədən yayınmaq üçün evlərini tərk etmək məcburiyyətində qalıblar. Onları sərhəddən kənarda yerləşən qonşu ərzailərə köçürüblər.Kənd sakini onu da qeyd edib ki, Qırğızıstanda olduğu kimi, Tacikistan ərazilərində də yaşayan mülki şəxslər sərhəddən kənara köçüblər. Gecə isə hər iki sərhəd kəndlərində elektrik enerjisi kəsilib.
Xatırladaq ki, Tacisiktan tərəfi Qırğızıstannın tacik anklavlarında avtomobil yolunun çəkilməsinə rəsmi razılıq verməyib və nəticədə hər iki ölkənin sərhədçiləri arasında silahlı insident yaşanıb.
Artıq hər iki ölkə arasında insidentlə bağlı danışıqlara başlanılıb.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB