ABŞ-da kimyəvi təhlükə – 800 nəfər zərərçəkən var

ABŞ-da kimyəvi təhlükə – 800 nəfər zərərçəkən var

ABŞ-ın qərbi Virciniya ştatında kimyəvi təhlükə baş yaranıb. SİA Vesti.ru-ya istinadən xəbər verir ki, ştatın ərazisindən keçən çaya kimyəvi məhlullar axıdılıb ki, nəticədə 800 nəfər yerli sakin təcili yardıma müraciət edib. Ştatın səhiyyə departamentinin məsul şəxsi Elizabet Şerman hadisə nəticəsində beş nəfərin hospitalizasiya oldunduğunu bildirib. Məlumatda qeyd olunur ki, 787 nəfər səhiyyə instansiyalarına müraciət edib. Müraciət edənlərin hər birində ürəkbulanma, qusma, mədə ağrıları, başgicəllənmə və dərilərində səpgilər müşahidə olunub.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Çalton şəhərində fəaliyyət göstərən "Freedom İndustries" kimya zavodundan çaya metilsiklogen məhlulu axıdılıb ki, nəticədə həmin məhlul ştatı içməli su ilə təmin edən stansiyaya sızıb.

Qərbi Virciniya ştatının qubernatoru doqquz əyalətdə fövqəladə hal elan edib.

Artıq ABŞ prezidenti Barak Obamaya hadisə barədə məlumat verilib. Prezident isə öz növbəsində fəlakət zonasına lazımi yardımların göstərilməsi üçün tapşırıqlarını verib. Hazırkı zamanda fəlakət zonasına 1,4 milyon içməli su tədarük edilib və əhaliyə paylanılmaqdadır.

ABŞ rəhbərliyi "Freedom İndustries" kimya zavodunda araşdırmalar aparmaq üçün müvafiq orqanlara göstəriş verib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə