BMT TŞ İraqda antiterror əməliyyatının davam etdirilməsini dəstəkləyib
BMT Təhlükəsizlik Şurasının nümayəndələri "Əl-Qaidə" hərəkatı ilə əlaqədar silahlılar tərəfindən İraqın Ənbər əyalətində törədilən hərəkətləri pisləmiş və ölkənin təhlükəsizlik qüvvələrini dəstəklədiklərini bildiriblər.
Yanvar ayında Təhlükəsizlik Şurasının sədri funksiyalarını yerinə yetirən iordaniyalı diplomat Zeyd Raad Zeyd əl-Hüseyn bəyanatla çıxış edib. Bəyanatda deyilir: "Təhlükəsizlik Şurası "Əl-Qaidə"nin "İraq və Levant İslam Dövləti" tərəfindən İraq sakinlərinə edilən hücumları, ölkədə və regionda sabitliyi pozmaq cəhdlərini pisləyir".
Sənəddə vurğulanır ki, İraqın təhlükəsizlik qüvvələri, yerli polis və Ənbər əyalətindəki qəbilələr "İraq və Levant İslam Dövləti" silahlılarına qarşı mərdliklə mübarizə aparırlar.
Təhlükəsizlik Şurasının üzvləri bütün əhalini, o cümlədən yerli qəbilələri zorakılığa və terrora qarşı mübarizədə əməkdaşlığı genişləndirməyə və gücləndirməyə çağırıb, milli dialoqu və birliyi daha da möhkəmlətməyin müstəsna əhəmiyyətini vurğulayıblar.
İraqın qərbində yerləşən, "Əl-Qaidə" hərəkatının ölkədəki əsas dayağı sayılan Ənbər əyalətində dekabrın axırlarından başlayaraq geniş miqyaslı antiterror əməliyyatı aparılır.
Yerli könüllülər tərəfindən dəstəklənən təhlükəsizlik qüvvələri silahlıları Əl-Fəluci və Ramadi şəhərlərindən sıxışdırırlar.
Təhlükəsizlik Şurası sədrinin bəyanatında göstərir ki, terrorçuların İraqda fəaliyyətini təşkil edən, maliyyələşdirən, icra və idarə edən şəxslər ədalət məhkəməsi qarşısında cavab verməlidirlər. Şura üzvləri onu da xatırladıblar ki, "İraq və Levant İslam Dövləti" barəsində beynəlxalq sanksiyalar qüvvədədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB