Rasmussen: “Sülh naminə tərəfdaşlıq” proqramı Avratlantik məkanda sülhə və sabitliyə öz töhfəsini verib”
"Sülh naminə tərəfdaşlıq" proqramı Avratlantik məkanda sülhə və sabitliyə öz töhfəsini verib. Bu fikirləri NATO-nun baş katibi Anders Foq Rasmussen proqramın 20-ci ildönümü ilə bağlı yaydığı bəyanatında bildirib.
A.F.Rasmussen deyib ki, "Sülh naminə tərəfdaşlıq" proqramı təşkilatın artan tərəfdaşlıq şəbəkəsinin bundan sonra da inkişafına kömək edəcək: "Tərəfdaşlarımız bizim əməliyyatlara qoşularaq NATO müttəfiqlərinin Avratlantik məkanda və ondan kənarda təhlükəsizliyinin təmin olunması istiqamətində birgə çalışır. Bizim müttəfiq və tərəfdaşlarımız hər il islahatların təşviqi, ümumi təhlükəsizlik çağırışlarının üzərində birgə işləmək imkanlarımızı artırmaq üçün təlimlərdə iştirak edirlər".
Qeyd edək ki, Azərbaycan da "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində Şimali Atlantika Alyansı ilə əməkdaşlıq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB