İranla “Altılıq” ölkələr arasında daha bir razılaşma əldə olunub

İranla “Altılıq” ölkələr arasında daha bir razılaşma əldə olunub

İranla Qərb ölkələri arasında İsveçrədə keçirilən növbəti dəyirmi masa başa çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, danışıqlar zamanı mübahisəli məqamlar həllini tapıb.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin köməkçisi Helga Schmidlə İranın xarici işlər nazirinin müavini Abbas Arakci arasında keçirilən danışıqlarda mühüm məsələlərə dair irəliləyişlər əldə olunub. Bu barədə Avraopa İttifaqının nümayəndəsi Maykl Mann ötəngünki danışıqların nəticələrini açıqlayarkən məlumat verib.

Bildirilir ki, danışıqlar zamanı 2013-cü ildə Cenevrədə əldə olunan razılaşmaların həyata keçirilməsi ilə bağlı əsas məsələlər üzrə razılıq əldə edilib.

Qeyd edək ki, ötən ilin noyabrın 24-də İranla "Altılıq" (Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Çin və Almaniya) ölkələr arasında Cenevrədə nüvə proqramı ilə bağlı razılaşmalar əldə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə