Beynəlxalq axtarışda olan Azərbaycan Müdafiə Nazirliyinin sabiq əməkdaşı Rusiyanın paytaxtında yerləşən "Domodedovo" hava limanında tutulub. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
Saxlanılan şəxsin adı açıqlanmır. Bildirilir ki, saxlanılan şəxs dələduzluq ittihamı ilə Azərbaycan hüquq mühafizə orqanları tərəfindən axtarışa verilib. Həmçinin bildirilir ki, saxlanılan şəxs 2010-cu ildə Müdafiə Nazirliyində çalışarkən saxta mühasibatlıq sənədləri düzəltməklə dövlətə 125 min dollar məbləğində ziyan vurub.
Həmçinin həmin şəxsin 2011-ci ildə saxta sənədlərlə Rusiya sərhədini keçərək İrkutsk vilayətinin Nijneudinsk rayonunun Xudoelansk kəndində fəhlə kimi işlədiyi qeyd olunur. İrkutsk polisi onun şəxsiyyətini müəyyənləşdirdikdən sonra Azərbaycan vətəndaşı gizlənməyə çalışıb və Moskvaya uçaraq oradan Rusiyanı tərk etməyə cəhd göstərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB