"Dakar" ralli marafon yarışması iki jurnalistin həyatına son qoyub. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, jurnalistlərin olduğu avtomobil yüzmetrlik uçurumdan aşağı yuvarlanıb. Belə ki, Andalqala departamentində "Kuesta-del-Klavilyo" yolunda avtomobil döngədə dönə bilməyib.
Qarşı tərəfdə əyləşən iki jurnalist həlak olub, arxada əyləşənlər isə sağ qalıblar. Belə ki, həlak olan jurnalistlər rəsmi şəkildə ralli yarışmasının qeydiyyatından keçməyiblər.
Xatırladaq ki, hər il keçirilən "Dakar" ralli yarışmasında bir neçə insan həlak olur.
Qeyd edək ki, "Dakar" ralli yarışması artıq 45-ci dəfədir ki, keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB