Məhbus soyuğa dözmədiyindən polisə təslim olub

Məhbus soyuğa dözmədiyindən polisə təslim olub

Birləşmiş Ştatların mərkəzi və şərq hissəsində havanın temperaturu enməkdə davam edir. Kentukki ştatında elə güclü soyuqlar olub ki, həbsxanadan qaçmış məhbus azadlıqda soyuqdan ölməmək üçün polisə könüllü təslim olub. 42 yaşlı Robert Vik ev oğurluğuna görə ümumi rejimli həbsxanada saxlanılmaqla altı il müddətinə azadlıqdan məhrum edilib.

Polisə təslim olduqdan sonra Vik tibb işçiləri tərəfindən müayinə olunub və ona hipotermiyaya qarşı dərmanlar verilib. Vikin həbsdən qaçdığı vaxt həbsxananın yerləşdiyi Leksinqtonun yaxınlığında havanın temperaturu Selsi cədvəli ilə mənfi 29 dərəcə olub. Bu, son 20 ildə Kentukki ştatında rekord göstəricidir.

Bütün xəbərlər Facebook səhifəmizdə